...

DəmirBank-da əhalinin əmanətləri 27,3 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2013 17:27 (UTC +04:00)
DəmirBank-ın aktivləri 1 fevral 2013-cü il tarixinə 367,7 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 1,9 mln. manat çoxdur.
DəmirBank-da əhalinin əmanətləri 27,3 faiz artıb

Azərbaycan, Bakı, 22 fevral /Trend/

DəmirBank-ın aktivləri 1 fevral 2013-cü il tarixinə 367,7 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 1,9 mln. manat çoxdur.

Bankdan Trend-ə verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 12 mln. manat və ya 4,5% artaraq 277,6 mln. manatı keçib.

Bankda müştəri depozitlərinin həcmi 1 fevral 2013-cü il tarixinə 158,6 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 fevral 2013-cü il tarixinə 134,3 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 27,3% və ya 28,8 mln. manat çoxdur.

Bankın nizamnamə kapitalı 1 fevral 2013-cü il tarixinə 21 mln. manat, məcmu kapitalı isə 56 mln. manat olub.

Ölkənin ilk və aparıcı banklarından olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin "stabil" proqnozlu "B" reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti