...

Bakıda Rusiya-Azərbaycan tranzaksiya dəhlizinin inkişafı məsələləri müzakirə ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2013 09:00 (UTC +04:00)
Martın 5-də Bakıda Trend informasiya agentliyinin mətbuat mərkəzində "Azərpoçt" MMC və "Migom" beynəlxalq pulköçürmə ödəniş sisteminin "Rusiya-Azərbaycan tranzaksiya dəhlizinin inkişafı" mövsuzunda konfransı keçiriləcək.
Bakıda Rusiya-Azərbaycan tranzaksiya dəhlizinin inkişafı məsələləri müzakirə ediləcək

Azərbaycan, Bakı, 4 mart /Trend/

Martın 5-də Bakıda Trend informasiya agentliyinin mətbuat mərkəzində "Azərpoçt" MMC və "Migom" beynəlxalq pulköçürmə ödəniş sisteminin "Rusiya-Azərbaycan tranzaksiya dəhlizinin inkişafı" mövsuzunda konfransı keçiriləcək.

Konfrans zamanı iştirakçılar Azərbaycan-Rusiya tranzaksiya dəhlizinin inkişaf perspektivləri, Azərbaycanda hesablaşma xidmətlərindən istifadə, o cümlədən sıfır dərəcəli komissiya haqqi ilə pul köçürmələri haqqında məlumat təqdim edəcəklər.

Bundan başqa, görüş zamanı ölkə ərazisi üzrə ödəniş infrastrukturunun keyfiyyətinin artırılması, Azərbaycan ərazisində "Migom"un innovasiya layihələrinin həyata keçirilməsi, "Azərpoçt" şəbəkəsində əhalinin kredit və borclarının ödənilməsi xidmətləri, onlayn maliyyə servisləri və ödənişli məhsullar, həmçinin "Azərpoçt" şəbəkəsində mal və xidmət tədarükçülərinin - elektron kommersiya iştirakçılarının ödənişi, "Azərpoçt" müştəriləri üçün mobil internet bankçılığın əlaqədar servislərinin təqdim edilməsi məsələləri nəzərdən keçiriləcək.

Görüşdə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət müəssisələrinin əlaqələndirmə fəaliyyəti şöbəsinin müdir müavini, Poçt sektorunun müdiri Novruz Məmmədov, "Azərpoçt" MMC-nin Maliyyə xidmətlərinin marketinq şöbəsinin müdiri Yaşar Əhmədov, "Migom" QSC-nin idarə heyətinin sədri Natalya Karaçevseva iştirak edəcəklər.

"Azərpoçt" MMC Azərbaycanın milli poçt operatorudur. Hazırda "Azərpoçt" MMC-nin şəbəkəsi təqribən 1500 məntəqədən ibarətdir. Bunlardan 1200-ü maliyyə xidmətləri göstərir.

"Migom" 2002-ci ildən 27 ölkə istiqamətində fiziki şəxslərdən pul köçürmələri bazarında fəaliyyət göstərən Rusiyanın köklü və iri sistemlərindən biridir. Sistem 450-dən çox yerli və xarici bank və qeyri-bank strukturlarını, terminal şəbəkələri və agentləri özündə birləşdirir. "Migom" tranzaksiya pul köçürmələrindən başqa, fiziki və hüquqi şəxslərə (beynəlxalq banklararası hesablaşmalar daxil olmaqla) ödəniş xidmətlərinin geniş spektrini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti