...

"DəmirBank" korporativ idarəetmə standartları üzrə ilk yeri tutub

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2013 15:27 (UTC +04:00)
"DəmirBank" İqtisadi İnkişaf Nazirliyinin Azərbaycan şirkətlərinin korporativ idarəetmə standartlarına uyğunluğunun qiymətləndirilməsinə görə ən yüksək nəticə əldə edib.
"DəmirBank" korporativ idarəetmə standartları üzrə ilk yeri tutub

Azərbaycan, Bakı, 4 mart /Trend/

"DəmirBank" İqtisadi İnkişaf Nazirliyinin Azərbaycan şirkətlərinin korporativ idarəetmə standartlarına uyğunluğunun qiymətləndirilməsinə görə ən yüksək nəticə əldə edib. Belə ki, reytinq 33 şirkət arasında keçirilən qiymətləndirmənin yekunlarına əsasən tərtib edilib və "DəmirBank" 98,5% göstərici ilə siyahıda ilk yeri tutub.

Bankdan Trend-ə verilən məlumata görə, bu reytinq DəmirBank-ın fəaliyyətinin şəffaflığı, məlumatların açıqlanması, illik və digər hesabatların dərci, səhmdarların hüquqlarının təminatı, dividendlərin ödənişi, kapitalın artırılması, idarəetmə strukturu və digər məsələlər barədə vəziyyəti əks etdirir. Bankın səhmləri Bakı Fond Birjasının birinci səviyyəli kotirovka vərəqəsinə də daxildir.

"DəmirBank", həmçinin 2010-cu ildə "Standard & Poor's" beynəlxalq agentliyinin Azərbaycan bank sektorunda "Korporativ İdarəetmə Standartları" sahəsində keçirdiyi araşdırmanın nəticələrinə əsasən də şəffaflıq və məlumatların açıqlanması üzrə ilk 5 bank sırasında yerləşib.

"DəmirBank" korporativ idarəetmə standartlarının tətbiqinə və inkişafına böyük önəm verilir. Son illərdə bankda korporativ idarəetmə standartlarının inkişafı üzrə müxtəlif layihələr üzrə geniş işlər həyata keçirilib. Bank, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, USAID və digər təşkilatların beynəlxalq proqramları üzrə texniki dəstək imkanlarından istifadə edib. Bu işlər strateji planlaşdırma, risklərin idarə edilməsi, daxili audit, maliyyə idarəetməsi və hesabatlılıq, insan resursları, informasiya texnologiyaları və s. sahələri əhatə edib.

Ölkənin ilk banklarından olan "DəmirBank" 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti