...

"AGBank" endirimlər kampaniyasına start verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2013 11:24 (UTC +04:00)
"AGBank" ASC-in AGClub diskont kartı artıq 9 ildir ki, öz dəyərli müştərilərinə 300-dən çox müxtəlif obyektlərdə 40 faizə qədər endirimlər təklif edir. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.
"AGBank" endirimlər kampaniyasına start verir

Azərbaycan, Bakı, 7 mart /Trend /

"AGBank" ASC-in AGClub diskont kartı artıq 9 ildir ki, öz dəyərli müştərilərinə 300-dən çox müxtəlif obyektlərdə 40 faizə qədər endirimlər təklif edir. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.

Siz vahid endirim sisteminin çoxsaylı partnyorları tərəfindən təqdim olunan güzəştlərlə satın almaq, istirahət etmək, geyinmək, öz sağlamlığınızın və xarici görünüşünüzün qeydinə qalmaq, səyahət etmək imkanını əldə edəcəksiniz!!!

Beləliklə, "AGBank" 8 mart Qadınlar günü ilə əlaqədar olaraq 7-9 mart ərəfəsində AGClub kart sahiblərinə Steilmann, Apriori, Betty Barclay, Fashion Zone, Marella, Pennyblack mağazalar şəbəkəsində bütün məhsullara 20% endirim təklif edir, kartı olmayan müştərilər isə 150 manatlıq alış-veriş edərək pulsuz endirim kartını əldə edəcəklər! Əziz xanımlarnızı sevindirmək üçün fürsəti qaçırmayın.

Xatırladırıq ki, qeyd edilən brend geyimləri qadın həssaslığı, romantika, zəriflik və eleqantlığı özündə birləşdirirlər. Müxtəlif zövqə uyqun gələn geyimlər, ailə və işi mükəmməl birləşdirən xanımların ürəyincə olacaq!

AGClub Vahid Endirim Sisteminin əsas məlumat daşıyıcısı daim təzələnən "agclub.az" veb-saytımızdır.

AGBank - zəngin olmaq haqqınızdır!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti