Azərbaycan, Bakı, 10 aprel / Trend /
"Xalq Bank" ASC aprelin 8-dən etibarən onlayn ödənişləri www.xalqbank.az saytı vasitəsi ilə həyata keçirən müştərilər üçün uduşlu lotereyaya start verdi. Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, bankın rəsmi saytında kommunal, rabitə, kabel televiziya, mobil operator və internet provayderlərin xidmətlərini ödəyən istifadəçilər lotereyada oynanılan qiymətli hədiyyələrə sahib ola bilərlər.
Lotereyada İpad mini, Samsung Galaxy SIII mini, məhşur restoranların birində iki nəfərlik şam yeməyi və yüzlərlə digər hədiyyələr öz sahibini tapacaq. 8 apreldən 30 iyunadək davam edəcək lotereyanın uduşu iyulun 6-da keçiriləcək.
Lotereya çərçivəsində həftəlik və aylıq uduşlu həvəsləndirici aksiyalar keçiriləcək. Qiymətli hədiyyələr qazanmaq üçün onlayn-ödənişləri www.xalqbank.az saytında ödəmək, bonuslar toplamaq və bu bonusları lotereyada iştirak edəcək biletlərə dəyişmək kifayətdir.