...

Azərbaycanda yeni ünvan reyestrinin tətbiqi sənədlərin dəyişdirilməsini tələb etmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2013 15:43 (UTC +04:00)
2013-cü ildən Bakıda başlayan ünvanların yeni qaydalar üzrə verilməsi prosesi daşınmaz əmlak sahiblərində köhnə ünvan məlumatlarının göstərildiyi sənədlərin dəyişdirilməsinə ehtiyac yaratmayacaq.
Azərbaycanda yeni ünvan reyestrinin tətbiqi sənədlərin dəyişdirilməsini tələb etmir

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İ.Xəlilova/

2013-cü ildən Bakıda başlayan ünvanların yeni qaydalar üzrə verilməsi prosesi daşınmaz əmlak sahiblərində köhnə ünvan məlumatlarının göstərildiyi sənədlərin dəyişdirilməsinə ehtiyac yaratmayacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat veriblər.

"Nəzərə alsaq ki, bu işlərin başlamasınadək Azərbaycanda ölkə üzrə ünvanlarla bağlı məlumatların vahidliyini, etibarlılığını təmin edən yeganə informasiya bazası olacaq Ünvan Reyestrinin İnformasiya Sistemi hazırlanıb, o zaman digər dövlət qurumlarının informasiya sistemləri ona uyğunlaşdırılacaq", - Dövlət Komitəsindən bildiriblər.

Mənbənin qənaətincə, sənədlərin yenilənməsini yalnız kəskin zərurət halında (məsələn, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin başa çatması zamanı) həyata keçirmək mümkün olacaq. Gələcəkdə əhali, biznes strukturlar və daşınmaz əmlak sahibləri elektron formada öz ünvanları barədə məlumat ala biləcəklər.

Vahid Ünvan Reyestrində daşınmaz əmlak və obyekt ünvanları barədə məlumatlardan əlavə, obyektin növü, onun sahibi, əvvəlki və indiki ünvanları və s. haqqında sistemləşdirilmiş informasiya yerləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti