Azərbaycan, Bakı, 3 may /Trend/
Renault Duster "kompakt yolsuzluq avtomobili" nominasiyasında "Rusiyada 2013-cü ilin avtomobili" nominasiyasının qalibi oldu. 24 aprel 2013-cü il tarixində keçirilən təntənəli təqdimat mərasimində bu mükafat Renault-un Rusiya üzrə maliyyə direktoru Fabris Kamboliva təqdim olundu.
Renault Duster sorğuda iştirak edən avtomobilseverlərin fikrinə əsaslanan səsvermə nəticələrinə görə kompakt yolsuzluq avtomobili seqmentində bütün avtomobilləri qabaqladı."Biz xoşbəxtik və SUV seqmentində ən çox satılan avtomobil olan Renault Duster-in uğuru ilə fəxr edirik. Bundan əlavə o, Rusiya bazarında ən çox tələb olunan avtomobillər sırasında ilk beşlikdə də yer alıb"- Renault-un Rusiya üzrə maliyyə direktoru Fabris Kamboliv qeyd edib. Cəmi iki ilə ərzində keyfiyyət, əla xüsussiyyətlər və əlverişli qiyməti özündə birləşdirdiyinə görə Renault Duster Rusiya bazarında liderlik əldə etməyi bacarıb. Modelin Rusiyada uğuru onun bazara uyğunlaşdırılmış və geniş alıcı kütləsinin maraqlarına müvafiq məhsulu təqdim etməsi ilə bağlıdır.
Renault avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi "Nugun Motors" Duster modeli üçün sərfəli şərtlər təklif edir. İndi bu modeli bank və sığorta xərci daxil olmaqla cəmi 3500 manat ilkin ödənişlə əldə etmək mümkündür. 2 illik sığorta xərci müşrərilərə hədiyyə olunur.
Ünvan: Bakı, Babək prospekti, 28D
Telefon : (+994 12) 447 27 21
E-mail: [email protected]
Web: http://www.renault.az/
http://www.facebook.com/renaultazerbaijan