...

"Paşa Həyat Sığorta" nizamnamə kapitalını 67 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2013 17:45 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Paşa Həyat Sığorta" şirkətinin adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
"Paşa Həyat Sığorta" nizamnamə kapitalını 67 faiz artırır

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir A.Axundov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Paşa Həyat Sığorta" şirkətinin adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. QKDK-dan çərşənbə günü Trend-ə verilən məlumata görə, bu çərçivədə səhmlərin nominal qiyməti 67,44 faiz artırılıb.

Emissiyanın yerləşdirilməsi 3600 manat nominalında 7000 səhmin 2150 manat nominallı eyni həcmdə səhmə konvertasiyası yolu ilə həyata keçiriləcək.

Nəticədə bankın nizamnamə kapitalı 15,05 milyon manatdan 25,2 milyon manatadək artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti