...

BVF: Parlamentarilər beynəlxalq əməkdaşlıq üçün əhəmiyyətli elementlərdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2013 14:26 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristin Laqard Bakıda keçirilən DB və BVF-in Parlament Şəbəkəsinin konfransında iştirak edə bilmədiyi üçün təəssüfünü ifadə edib, o cümlədən qonaqpərvərliyə görə Azərbaycan rəhbərliyinə öz minnətdarlığını bildirib.
BVF: Parlamentarilər beynəlxalq əməkdaşlıq üçün əhəmiyyətli elementlərdir

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir E. Əliyev/

Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristin Laqard Bakıda keçirilən DB və BVF-in Parlament Şəbəkəsinin konfransında iştirak edə bilmədiyi üçün təəssüfünü ifadə edib, o cümlədən qonaqpərvərliyə görə Azərbaycan rəhbərliyinə öz minnətdarlığını bildirib.

Laqardın videomüraciəti konfrans çərçivəsində nümayiş olunub.

"Bizim parlamentarilərlə əməkdaşlığımız daim davam edir. Parlamentarilər xalq tərəfindən seçildiyindən mən onları beynəlxalq əməkdaşlıq üçün çox əhəmiyyətli element hesab edirəm. Onlar heç kəsin başa düşmədiyi kimi yerlərdə insanları maraqlandıran problemləri anlayırlar. Ona görə də biz parlament üzvləri ilə tez-tez görüşməyə, əlaqələr qurmağa və əməkdaşlığımızı genişləndirməyə çalışırıq. Bu qlobal iqtisadi problemlərin həll edilməsində əhəmiyyətli rol oynayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti