...

Dünya Bankı: Azərbaycan potensial donor ölkələr sırasında yer alır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2013 17:59 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Henri Keralinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dünya Bankı: Azərbaycan potensial donor ölkələr sırasında yer alır

Azərbaycan, Bakı, 24 may /Trend/

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Henri Keralinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AMB-dən Trend-ə verilən məlumata görə, görüş zamanı H.Kerali Azərbaycan hökumətinin Beynəlxalq İnkişaf Assosiasiyasına borcun könüllü olaraq qabaqcadan ödənilməsinə görə təşəkkürünü bildirib və Azərbaycanın potensial donor ölkələr sırasında yer aldığını xüsusilə vurğulayıb. Dünya Bankının Azərbaycan Mərkəzi Bankı ilə uğurlu əməkdaşlığından danışan Henri Kerali bu əlaqələrin getdikcə möhkəmlənəcəyinə və genişlənəcəyinə inamını bildirib.

Görüş zamanı E.Rüstəmov Azərbaycanın Dünya Bankı ilə uzunmüddətli əməkdaşlıq əlaqələrindən məmnun olduğunu vurğulayıb və DB tərəfindən göstərilmiş texniki yardımların ölkənin inkişafı üçün əhəmiyyətli olduğunu qeyd edib.

Görüşdə, həmçinin Dünya Bankının AMB ilə gələcək əməkdaşlıq çərçivəsi, Azərbayacn hökuməti və Dünya Bankı arasında imzalanacaq birgə tədqiqatlara dair saziş layihəsi və digər məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti