...

Zəfər Çağlayan: Türkiyə Azərbaycan investisiyalarının dörd dəfə artacağını gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2013 13:26 (UTC +04:00)

Azərbaycan, Qəbələ, 25 may /Trend, müxbir A.Axundov/

Türkiyə ölkəyə yatırılan Azərbaycan investisiyalarının təxminən dörd dəfə artacağını gözləyir. Trend-in məlumatına görə, bu barədə Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan şənbə günü Qəbələdə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli biznes forumunda çıxışı zamanı bildirib.

Çağlayan qeyd edib: "Bizim hesablamalarımıza görə, Türkiyə şirkətləri Azərbaycan iqtisadiyyatına 6,5 milyard dollar investisiya yatırıblar. Türkiyəyə yatırılan Azərbaycan sərmayələrinin həcmi isə 4 milyard dollar səviyyəsindədir və biz bu investisiyaların yaxın illərdə 15 milyard dollara qədər artacağını gözləyirik. Bu neft və kimya layihələrinin həyata keçirilməsi hesabına təmin olunacaq".

Onun sözlərinə görə, bu günə qədər Türkiyə şirkətləri Gürcüstandakı layihələrə 1,1 milyard dolları yatırıb. Türkiyəyə yatırılan Gürcüstan sərmayələrinin həcmi isə 23 milyon dollar təşkil edir.

Çağlayan bildirib ki, hər üç ölkənin iqtisadiyyatı böyük artım perspektivinə malikdir: "Bir çox inkişaf etmiş ölkələr böyük itkilər verdiyi halda, bu ölkələr böhrana davamlılıq nümayiş etdirdilər. Biz üç ölkə arasında mövcud olan əməkdaşlığın böyük potensialından istifadə etməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti