...

Azərbaycan, Gürcüstan və Türkiyə dördüncü ölkələrdə layihələr həyata keçirmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2013 14:40 (UTC +04:00)
Azərbaycan, Gürcüstan və Türkiyə dördüncü ölkələrdə birgə layihələrə başlamaq niyyətindədir.
Azərbaycan, Gürcüstan və Türkiyə dördüncü ölkələrdə layihələr həyata keçirmək niyyətindədir

Azərbaycan, Qəbələ, 25 may /Trend, müxbir A.Axundov/

Azərbaycan, Gürcüstan və Türkiyə dördüncü ölkələrdə birgə layihələrə başlamaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə şənbə günü Qəbələdə keçirilən üçtərəfli biznes forumu çərçivəsində Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili və Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayanın görüşü zamanı bildirilib.

Mustafayevin sözlərinə görə, Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadiyyatı və bu ölkələr arasında əməkdaşlıq elə səviyyəyə çatıb ki, artıq bu üç ölkə dördüncü ölkələrdə birgə layihələr həyata keçirə və birgə investisiyalar yatıra bilər: "Artıq belə əməkdaşlığın yaxşı nümunələri var. Bu onu göstərir ki, bu forum da daxil olmaqla bizim birgə işimiz öz səmərəsini verir".

O, həmçinin birgə investisiya fondlarının yaradılması təşəbbüsü ilə çıxış edib.

Türkiyəli nazir Zəfər Çağlayan belə üçtərəfli görüşlərin hər hansı dördüncü ölkədə keçirilməsini təklif edib: "Bu, hər üç ölkənin sahibkarları üçün yeni bazarların açılması imkanını yaradacaq".

O qeyd edib ki, hər üç ölkənin əhalisinin ümumi sayı 87 milyon, illik ümumi milli gəlir 868 milyard dollar, ümumi xarici ticarət dövriyyəsi isə 440 milyard dollar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti