...

Yenidən dizayn edilmiş 100 dollarlıq əsginazlar oktyabr ayından tədavülə buraxılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2013 19:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend/

Bu gün ABŞ-ın Federal Rezerv Şurası yenidən dizayn edilmiş $100 əsginazların 8 oktyabr 2013-cü il tarixindən etibarən tədavülə buraxılacağını elan edib. Mavi, 3D təhlükəsizlik lenti kimi yeni təhlükəsizlik xüsusiyyətlərini özündə əks etdirən bu banknotların həqiqiliyini müəyyənləşdirmək ictimaiyyət üçün daha asan, onu saxtalaşdırmaq istəyənlər üçün isə daha çətin olacaq.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, $100 banknotların yeni dizaynı 2010-cu ildə təqdim olunmuşdu, lakin istehsalla bağlı gözlənilməz gecikmə səbəbindən onun təqdimatı təxirə salınmışdı. Oktyabr ayında dövriyyəyə buraxıldıqdan sonra yenidən dizayn edilmiş əsginazların səmərəli dövriyyəsini təmin etmək üçün ABŞ-ın Valyuta Təhsil Proqramı yeni dizayn edilmiş banknotlarla bağlı məlumatlılığı artırmaq və onun təhlükəsizlik funksiyalarından necə istifadə etmək haqqında məlumat vermək məqsədilə dünya səviyyəsində fəaliyyət göstərən təşkilatlar və istehlakçılar arasında iş aparır.

Yeni dizayn edilmiş 100 dollarlıq banknotlar, həmçinin təlim və tədris materialları haqqında daha ətraflı məlumatı www.newmoney.gov saytından əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti