...

Azərbaycan Qərbi Qazaxıstanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2013 13:01 (UTC +04:00)
Azərbaycan Qərbi Qazaxıstanla əməkdaşlığa maraq göstərir.
Azərbaycan Qərbi Qazaxıstanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir A. Axundov/

Azərbaycan Qərbi Qazaxıstanla əməkdaşlığa maraq göstərir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən birgə biznes forumda çıxış edərkən bildirib.

Səfərov bildirib: "İki ölkə arasında möhkəm hüquq-müqavilə bazası mövcuddur, indiyədək ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 9 iclası keçirilib. Hazırda Azərbaycanda Qazaxıstan kapitalı ilə təqribən 40 şirkət işləyir və Azərbaycanın iş adamları bu ölkədə uğurla fəaliyyət göstərirlər".

Onun sözlərinə görə, Atırau ilə əməkdaşlığın perspektivli sahələri aqrar sənaye kompleski, qida sənayesi, iqtisadiyyatın müxtəlif sahələrində birgə müəssisələrin yaradılmasıdır.

Qazaxıstanın Atırau şəhər akimi Serik Aydarbekovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlib. Nümayəndə heyətinə qida, kənd təsərrüfatı, səhiyyə, gəmiçilik, enerji, yüngül sənaye sahələrində işləyən şirkət nümayəndələri daxildir.

Biznes forumda çıxış edən Aydarbekov Azərbaycan şirkətlərini təmsil etdiyi regionun inkişafına perspektivli istiqamətlər üzrə investisiya yatırmağa dəvət edib: "Atırau haqlı olaraq Qazaxıstanın neft paytaxtı sayılır. Atırauda 66 neft, 21 neft-qaz və qaz-kondensat yatağı fəaliyyət göstərir. Vilayətdə əlverişli investisiya iqlimi var. Səfərin məqsədi əməkdaşlığın inkişaf etdirilməsi, müxtəlif sahələrdə təcrübə mübadiləsidir. Bizə neft-kimya sənayesi, kənd təsərrüfatı və digər sahələrdə Azərbaycanın təcrübəsi maraqlıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti