...

“Qarant Sığorta” şirkətinin nizamnamə kapitalı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2013 12:41 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Qarant Sığorta” ASC-nin səhmlərinin nominal dəyərinin 1 milyon manat məbləğində artırılmasını qeydiyyata alıb. Bu barədə Trend-ə çərşənbə günü şirkətdən verilən məlumatda deyilir.
“Qarant Sığorta” şirkətinin nizamnamə kapitalı artıb

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Qarant Sığorta" ASC-nin səhmlərinin nominal dəyərinin 1 milyon manat məbləğində artırılmasını qeydiyyata alıb. Bu barədə Trend-ə çərşənbə günü şirkətdən verilən məlumatda deyilir.

Qiymətli Kağızlar Dövlət Reyestrindən çıxarışda hər səhmin nominal dəyəri 250 manat artırılaraq 1.250 manat qeyd olunmuşdur. Səhmlərin ümumi sayı 4000 ədəd olaraq qalmışdır. Bununla da şirkətin nizamnamə kapitalı 4 milyon manatdan 5 milyon manatadək artacaq.

2007-ci il noyabr ayının 27-də fəaliyyətə başlayan "Qarant Sığorta" Azərbaycanın ən iri holdinqlərindən biri olan Garant Holdinq Şirkətlər Qrupuna daxildir. "Qarant Sığorta" şirkəti həm də BMT-nin Qlobal Saziş Şəbəkəsinin Azərbaycan üzrə təmsilçisidir. Hər Kəsin Sığorta Şirkəti olmağı qarşısına məqsəd qoyan "Qarant Sığorta" ölkə sığorta bazarında mövcud olan digər şirkətlərdən fərqli olaraq fəaliyyəti boyu korporativ abonentlərlə yanaşı fərdi müştərilərə də önəmi verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti