...

Azərbaycan dövlət əmlakının idarə edilməsi sahəsində inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsini davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2013 17:26 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi qarşısında qoyulmuş vəzifələrin icrası, o cümlədən dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, müəssisələrin restrukturizasiyası və sağlamlaşdırılması, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın dövlət reyestrinin aparılması və vahid kadastrın tərtib edilməsi, habelə ünvan reyestrinin aparılması sahələrində işlərin daha da təkmilləşdirilməsi və müasir əsaslarla inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir.
Azərbaycan dövlət əmlakının idarə edilməsi sahəsində inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsini davam etdirir

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Əmlak Məsələləri Dövlət Komitəsi qarşısında qoyulmuş vəzifələrin icrası, o cümlədən dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, müəssisələrin restrukturizasiyası və sağlamlaşdırılması, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın dövlət reyestrinin aparılması və vahid kadastrın tərtib edilməsi, habelə ünvan reyestrinin aparılması sahələrində işlərin daha da təkmilləşdirilməsi və müasir əsaslarla inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Komitədən Trend-ə verilən məlumata görə, belə ki, komitənin vəzifə və funksiyalarına aid ayrı-ayrı sahələrdə inkişaf etmiş ölkələrin təcrübələrinin öyrənilməsi, habelə komitə əməkdaşlarının bu sahədə biliklərinin daha da artırılması məqsədilə beynəlxalq qurumlarla əməkdaşlıq və təcrübə mübadiləsinin həyata keçirilməsi istiqamətində davamlı olaraq işlər aparılır.

Bu istiqamətdə komitənin Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) ilə əməkdaşlığı mühüm yer tutur. Həmin əməkdaşlıq əlaqələri çərçivəsində 4 iyun 2013-cü il tarixində Şəki şəhərində, 5 iyun 2013-cü il tarixində Xaçmaz şəhərində "Dövlətin daşınmaz əmlakının idarə edilməsi sahəsində Avropa ölkələrinin təcrübəsi" mövzusunda seminarlar keçirilib. Tədbirlər komitənin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) və Almaniyanın federal dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsinə məsul olan qurumu ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.

Seminarlarda komitənin mərkəzi aparatının və müvafiq regionlarda fəaliyyət göstərən ərazi qurumlarının əməkdaşları iştirak ediblər.

Seminarda bu sahədə beynəlxalq təcrübəyə malik almaniyalı ekspertlər çıxış edərək bir sıra Avropa ölkələrinin təcrübələrinə əsasən daşınmaz dövlət əmlakının idarə edilməsinin təşkili, daşınmaz əmlaka ictimai ehtiyacların müəyyən edilməsi, əmlakın qiymətləndirilməsi və icarəyə verilməsi mexanizmləri barədə ətraflı məlumat veriblər.

Eyni zamanda, seminar çərçivəsində dövlət əmlakından istifadənin dayanıqlı inkişaf tələblərinə uyğun həyata keçirilməsi məsələləri açıqlanıb. Tədbirdə dövlətə məxsus daşınmaz əmlakın səmərəli istifadəsi ilə bağlı xaricdə toplanılmış ən yaxşı təcrübələr şərh edilib.

Seminarlarda daşınmaz əmlakın idarə edilməsi sahəsində Almaniyada və digər Avropa ölkələrində toplanılmış təcrübənin Azərbaycanda tətbiqi imkanları barədə fikir mübadiləsi aparılıb.

Tədbirlərin sonunda iştirakçılara sertifikatlar verilib.

Komitə bundan sonra da müvafiq istiqamətlər üzrə beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti