...

Vladimir Makey: Belarus Azərbaycandan kredit resursları cəlb etməyi planlaşdırmır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2013 14:41 (UTC +04:00)
Belarus yaxın vaxtlarda Azərbaycandan kredit resursları cəlb etməyi planlaşdırmır.
Vladimir Makey: Belarus Azərbaycandan kredit resursları cəlb etməyi planlaşdırmır

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir H.Vəliyev/

Belarus yaxın vaxtlarda Azərbaycandan kredit resursları cəlb etməyi planlaşdırmır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda jurnalistlərə açıqlamasında Belarusun xarici işlər naziri Vladimir Makey bildirib.

XİN rəhbəri deyib: "Daha əvvəl Belarusun xarici iqtisadi problemlərlə bağlı müəyyən çətinlikləri olanda bizim respublika Azərbaycana müraciət etdi və sizin respublika qısa zaman ərzində müvafiq kreditin təqdim olunması haqqında qərar qəbul etdi".

Makey bildirib: "Biz bu kömək və dəstəyi qiymətləndiririk və inanın ki, həmişə Azərbaycan üçün etibarlı tərəfdaş olacağıq".

Qeyd edək ki, Belarusun Rusiyanın "Qazprom" ASC-yə yaranan borcunu ödəməsi üçün Azərbaycan bu ölkəyə 12 təqvim günü ərzində 200 milyon dollar həcmində kredit ayırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti