...

Azərbaycan əhalisinin gəlirləri 6,8 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2013 16:32 (UTC +04:00)
2013-cü ilin yanvar-may aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz artaraq 13 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 1403,2 manat və ya ayda 280,6 manat təşkil edib.
Azərbaycan əhalisinin gəlirləri 6,8 faiz artıb

Azərbaycan, Bakı, 13 iyun /Trend/

2013-cü ilin yanvar-may aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz artaraq 13 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 1403,2 manat və ya ayda 280,6 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, hər nəfərə düşən gəlirlər 5,4 faiz artaraq istehlak qiymətlərinin bahalaşmasını 3,7 faiz bəndi üstələyib və nəticə olaraq əhalinin alıcılıq qabiliyyəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz yüksəlib.

Bu dövr ərzində gəlirlərin 69,3 faizi son istehlaka, 9,2 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 19,6 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlirlər 11,8 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 6,8 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti