...

"DəmirBank"da əhalinin əmanətləri 18 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2013 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyun/Trend/

"DəmirBank"ın aktivləri 1 iyun 2013-cü il tarixinə 379,5 milyon manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 6,9 milyon manat çoxdur. Bankdan cümə günü Trend-ə verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 8,9 milyon manat və ya 3,2 faiz artaraq 284,3 milyon manatı keçib.

Bankda müştəri depozitlərinin həcmi 1 iyun 2013-cü il tarixinə 172,2 milyon manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 iyun 2013-cü il tarixinə 136,6 milyon manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 18,1 faiz və ya 21 milyon manat çoxdur.

Bankın nizamnamə kapitalı 1 iyun 2013-cü il tarixinə 21 milyon manat, məcmu kapitalı isə 56 milyon manat olub.

Ölkənin ilk kommersiya bankı olan "DəmirBank" 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin "stabil" proqnozlu "B" reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti