...

QDİƏT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Odessada keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2013 15:46 (UTC +04:00)
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası iyunun 21-də Ukraynanın Odessa şəhərində keçiriləcək.
QDİƏT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Odessada keçiriləcək

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası iyunun 21-də Ukraynanın Odessa şəhərində keçiriləcək. Trend-in İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Rusiya XİN xəbər yayıb.

XİN-in məlumatında bildirilir: "İştirakçılar regional əməkdaşlığın gələcək inkişafı məqsədilə təşkilatın effektivliyinin artırılması, qarşılıqlı maraqları təmsil edən sahələrdə ən perspektivli infrastruktur layihələrinin inkişafı üzrə üzv ölkələrin fəaliyyətinin aktivləşdirilməsi barədə fikir mübadiləsi aparacaqlar".

Xarici işlər nazirləri, həmçinin QDİƏT ölkələrinin nəqliyyat və iqtisadiyyat qurumları rəhbərlərinin görüşlərinin nəticələrinə, Ukraynanın sədrliyi dövründə keçirilmiş işçi qruplarının iclaslarının yekunlarına baxacaqlar.

QDİƏT 12 ölkəni birləşdirən hökumətlərarası təşkilatdır: Azərbaycan, Albaniya, Bolqarıstan, Ermənistan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti