...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2013 11:13 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) bahalaşıb.
Azərbaycan valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir E. Əliyev/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) bahalaşıb.

Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78455 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

10 iyun

0,7848

11 iyun

0,7848

18 iyun

0,7846

12 iyun

0,7846

19 iyun

0,7846

13 iyun

0,7846

20 iyun

0,7845

14 iyun

0,7846

21 iyun

0,7845

Həftə ərzində orta

0,78468

Həftə ərzində orta

0,78455

Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi 0,0001 bənd (0,01 faiz) bahalaşıb. Müvafiq olaraq, orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,783575 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): iyunun 19-da sövdələşmələr bağlanmadığına görə, məzənnə 0,7836 AZN/USD səviyyəsində qalıb; iyunun 18-də 0,7836 AZN/USD məzənnə ilə 4,5 mln. dollar; iyunun 20-də 0,7836 AZN/USD məzənnə ilə 0,16 mln. dollar; iyunun 21-də 0,7835 AZN/USD məzənnə ilə 2,39 mln. dollar.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

10 iyun

0,7836

11 iyun

0,7836

18 iyun

0,7836

12 iyun

0,7836

19 iyun

0,7836

13 iyun

0,7836

20 iyun

0,7836

14 iyun

0,7836

21 iyun

0,7835

Həftə ərzində orta

0,7836

Həftə ərzində orta

0,783575

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti