...

Gəncədə "AGBank ekspress"in dördüncü filialı açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2013 14:30 (UTC +04:00)
22 İyun 2013-cü il tarixi "AGBank" ailəsi həyatında iki əlamətdar tədbirlə yadda qaldı.
Gəncədə "AGBank ekspress"in dördüncü filialı açılıb

Azərbaycan, Bakı, 27 iyun/Trend/

22 İyun 2013-cü il tarixi "AGBank" ailəsi həyatında iki əlamətdar tədbirlə yadda qaldı. Bankdan cümə axşamı Trend-ə verilən məlumata görə, Gəncə şəhərində IV-cü Bankdaxili konfrans və "AGBank ekspress", əsas fəaliyyəti pərakəndə müştərilərə-fiziki şəxslərə xidmətlər göstərməkdən ibarət olan, 4-cü filialın təntənəli açılış mərasimi keçirilib.

Konfrans artıq 4 ildir ki ənənəvi olaraq ölkəmizin müxtəlif bölgələrində keçirilir və korporativ mədəniyyətin güclənməsində böyük rol oynayır. Tədbirdə müxtəlif mövzular üzrə müzakirələr, təqdimatlar, nominasiyalar təqdim edilib.

"AGBank ekspress" filiallarında müştərilərə həm kredit həm də qeyri kredit bank xidmətləri təklif olunur, həmçinin, təcili pul köçürmələri, hesablaşma-kassa xidməti və digər xidmətlər göstəriləcəkdir.

Müştərilər tərəfindən kredit məhsullarına ehtiyac olduğu halda, istehlak kreditlərini sadələşdirilmiş şərtlərlə 30 dəqiqə ərzində ala bilərlər. Qarşıdakı planlar sırasında - filiallar şəbəkəsini genişləndirmək, potensial partnerlarla işgüzar əlaqələr yaratmaq, müştərilərin sayını artırmaq, müştərilərin arzusu ilə bizim məhsulları tam uyğunlaşdırmaqdır.

Sayca, dördüncü pərakəndə satışlar üzrə filial "AGBank ekspress", Gəncə şəhərində, H.Əliyev pr.125 ünvanında yerləşir və müştərilərə həftə içi hər gün saat 09.00-dan 19.00-dək xidmət göstərir.

Filialın yerləşməsi və müştərilərə təqdim olunan məhsullar haqında müştərilər 135 nömrəsinə zəng edərək məlumat ala bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti