...

DB Azərbaycan dəmiryollarının şaxələndirilməsi layihəsi üçün əlavə maliyyələşdirməni təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2013 11:19 (UTC +04:00)
Dünya Bankının (DB) İcraçı Direktorlar Şurası cümə axşamı Vaşinqtonda keçirilən iclasında dəmiryolu layihəsinin(Rail Trade and Transport Facilitation Project) həyata keçirilməsi üçün 220 milyon dollar həcmində əlavə vəsaitin ayrılması haqqında qərarı təsdiqləyib.
DB Azərbaycan dəmiryollarının şaxələndirilməsi layihəsi üçün əlavə maliyyələşdirməni təsdiqləyib

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir E.Əliyev/

Dünya Bankının (DB) İcraçı Direktorlar Şurası cümə axşamı Vaşinqtonda keçirilən iclasında dəmiryolu layihəsinin (Rail Trade and Transport Facilitation Project) həyata keçirilməsi üçün 220 milyon dollar həcmində əlavə vəsaitin ayrılması haqqında qərarı təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə DB-nin ötən gün yaydığı məlumatda bildirilir.

Layihə Azərbaycanda dəmiryolları xidmətinin yaxşılaşdırılmasına, ticarətin inkişafına və Avropa və Mərkəzi Asiya arasında tranzit yüklərin cəlb olunmasına yönəldilən Azərbaycan dəmiryolları inkişafı proqramının həyata keçirilməsini dəstəkləyir.

DB-nin Cənubi Qafqaz üzrə regional direktoru Henri Keralinin sözlərinə görə, bank hesab edir ki, bu layihəyə ayrılan əlavə vəsait Azərbaycana dəmiryollarının müasirləşdirilməsi prosesini aktivləşdirməyə kömək edəcək.

Dəmiryolu nəqliyyatı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin əhəmiyyətli elementlərindən biridir. 2012-ci ildə bu sektorun gəlirliliyi qeyri-neft ixracatının beş faizinə bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti