...

AGBank–ın "Uduşlu kupon" kampaniyasının qalibləri məlum oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2013 16:18 (UTC +04:00)
AGBank-ın artıq uzun müddət keçirdiyi "Uduşlu kupon" kampaniyasının növbəti qalibləri Şərifli Səməd Əlibala oğlu, Ağayev Oqtay Əlimirzə oğlu, Novruzov Qəşəm Ziyafət oğlu, Səfərova Səbinə Malik qızı, Məmmədli Elşən Xalid oğlu oldular.
AGBank–ın "Uduşlu kupon" kampaniyasının qalibləri məlum oldu

Azərbaycan, Bakı, 1 iyul /Trend/

AGBank-ın artıq uzun müddət keçirdiyi "Uduşlu kupon" kampaniyasının növbəti qalibləri Şərifli Səməd Əlibala oğlu, Ağayev Oqtay Əlimirzə oğlu, Novruzov Qəşəm Ziyafət oğlu, Səfərova Səbinə Malik qızı, Məmmədli Elşən Xalid oğlu oldular.

Bütün qaliblər 200 AZN-lik kupon əldə ediblər. Digər bankların müştəriləri olan qaliblər AGBank-ın ATM-lərindən istifadə edib və qalib olublar.

AGBank-ın keçirdiyi və ölkədə bənzəri olmayan bu kampaniya çərçivəsində bankın bankomatlarına 500 və 200 manatlıq kuponlar yerləşdirilir. Ən əsası isə odur ki, bu kuponları yalnız AGBank-ın kart daşıyıcıları yox, Azərbaycanın və dünyanın istənilən bankının kartına malik istifadəçilər də qazana bilərlər.

Məhz bu səbəbdən başqa bankların kart istifadəçiləri pul çıxarmaq üçün AGBank-ın bankomatlarına üstünlük verirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti