Azərbaycan, Bakı, 2 iyul /Trend/
Bundan belə "Hyundai", "Jeep", "Chrysler", "Peugeot", "Geely", "Dodge" sahibləri avtomobillərinin ehtiyat hissələrini və servis xərcini "Bolkart"la ödəyə bilərlər. Bu barədə Trend-ə "Bank of Baku"dan məlumat verilib.
Bu, qeyd olunan avtomobil markalarının Azərbaycandakı rəsmi distribüteri olan "Auto Azerbaijan" şirkəti ilə "Bank of Baku" arasında əldə edilmiş razılaşma sayəsində mümkün olub. "Bolkart" sahibi olan avtomobil sahibləri ehtiyat hissəsi alıb və ya servisdən bəhrələnib, haqqını 3 və 6 aya əlavə xərcsiz ödəyə bilərlər.
Hazırda bu xidmətdən "Auto Azərbaijan" şirkətinin servis və ehtiyat hissələri mərkəzinin iki ünvanına baş çəkməklə faydalanmaq olar: Ziya Bünyadov prospekti, 118 (keçmiş Dərnəgül şosesi) və Babək prospekti, 43 A.
Bundan savayı, "Bolkart" sahibləri daha bir yenilikdən faydalana bilərlər. Belə ki, "Auto Azerbaijan" şirkəti dünyaca məşhur şin istehsalçısı olan "Hankook" şirkətinin Azərbaycandakı rəsmi distribüteri seçilib. Beləliklə, artıq dünya şöhrətli "Hankook" şinlərini də "Bolkart"la almaq olar.
"Bolkart"a malik olmayan avtomobil sahibləri isə yuxarıda qeyd olunan ünvanların yaxınlığında yerləşən "Bank of Baku"nun "Otoplaza" və "Babək" filialından "Bolkart" sifariş edib, yeni yaradılmış fürsətdən bəhrələnə bilərlər.
Bolkart kredit kartı barədə daha ətraflı: www.bolkart.az