Azərbaycan, Bakı, 5 iyul /Trend/
Müştəri məmnuniyyətini əsas prioritetlərindən hesab edən "Unibank" ilin sonunadək xidmət şəbəkəsini genişləndirməyi düşünür. Bankdan cümə günü Trend-ə verilən məlumata görə, yeni filialların açılışı həm paytaxtda, həm də bölgələrdə reallaşacaq.
Hazırda "Unibank" 31 filialla müştərilərinin xidmətindədir. Filiallardan 20-si Abşeron, 11-i bölgələrdə yerləşir. "Unibank"ın bütün bölgə filialları universal bank xidmətləri göstərir. Bölgə əhalisi rayonlardakı "Unibank" filiallarından həm nağd kreditlər, həm də biznes kreditləri götürə bilir.
Paytaxt filialları isə müştəriləri daha rahat və çevik xidmətlə təmin etmək üçün riteyl, korporat və qarışıq filiallara bölünüb. Bakıdakı "Unibank" filiallarının əksəriyyəti müştərilərə 7500 manatadək nağd kreditlər verir. Bizneslə məşğul olanlar isə vaxtlarına qənaət etmək üçün 8 saylı, "Neftçilər", "Əhmədli", "Bayıl", "Xalqlar", "Xırdalan" filiallarından mikrokreditlər götürə bilərlər. Daha yüksək məbləğdə kredit istəyən korporativ müştərilər isə xüsusi ixtisaslaşmış "Dərnəgül", "Baksovet", STB, "Neftçilər" filiallarından, eləcə də "Mərkəz" filialından rahatlıqla kredit ala bilərlər. "Unibank"ın paytaxtda 17 saylı ("Sahil"), "Neftçilər", "Xalqlar", "Yasamal", eləcə də "Sumqayıt" və "Gəncə" filiallarından ipoteka kreditləri götürmək mümkündür.
Müştərilər "Unibank"dan götürdükləri kreditin ödənişini filiallardakı "cash-in"lərlə yanaşı, bank filiallarına gəlmədən də onlayn, www.unibank.az və www.hesab.az saytlarında, bankomatlardan, mobil əlavələrin köməyi ilə, MilliÖn ödəmə terminallarından, bankın "cash-in" aparatlarından və "Azərpoçt"un çoxsaylı şöbələrindən ödəyə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (http://www.unibank.az) və yaxud "facebook" səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.