...

"Xalq Bank"ın keçirdiyi uduşlu lotereyanın qalibləri müəyyən olundu

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2013 13:12 (UTC +04:00)
"Xalq Bank" iyulun 6-da www.xalqbank.az saytında ödənişləri onlayn ödəyən müştərilər arasında oynanılan lotereyanın uduşunu keçirib.
"Xalq Bank"ın keçirdiyi uduşlu lotereyanın qalibləri müəyyən olundu

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 10 iyul /Trend/

"Xalq Bank" ASC iyulun 6-da www.xalqbank.az saytında ödənişləri onlayn ödəyən müştərilər arasında oynanılan lotereyanın uduşunu keçirib.

Bankdan Trend-ə verilən məlumata görə, tiraj komissiyasının tam tərkibdə üzvlərinin nəzarəti ilə keçirilən uduşda 10 594 bilet iştirak edirdi. Uduşda İpad mini planşet kompüteri, Samsung Galaxy S3 mini smartfonu, şəhərin ən yaxşı restoranlarından birində iki nəfərlik şam yeməyi üçün dəvətnamələr, parfüm məhsulları və 150-yə yaxın digər hədiyyələr oynanılılıb.

Lotereyanın şərtlərinə görə müştərilər 8 aprel - 30 iyun tarixləri arası "Xalq" Bankın www.xalqbank.az ünvanlı saytında kommunal, rabitə, kabel televiziya, mobil operator və internet provayderlərin xidmətlərini ödəməli, bonuslar toplayıb onları elektron biletlərə çevirməli idilər.

Bundan əlavə , lotereya çərçivəsində gündəlik həvəsləndirici aksiyalar keçirilirdi - gün ərzində hamıdan çox ödəniş edən müştəri Park Cinemaya iki nəfərlik bilet qazanırdı. Aksiya ərzində 150 nəfər Park Cinema kinoteatrlar şəbəkəsində müxtəlif filmləri pulsuz izləmək fürsəti qazanmışdılar.

Qalibləri təbrik edirik! Hədiyyələri almaq üçün şəxsiyyəti təsdiq edən sənədlə Xalq Bankın İnşaatçılar pr. 22L ünvanda yerləşən Baş ofisinə yaxınlaşmaq lazımdır. Məlumat Mərkəzi: 138.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti