...

AGBank yeni xidmət təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2013 14:03 (UTC +04:00)
Azərbaycanın aparıcı banklarından biri AGBank müştərilərinə daha bir yeni xidmət təklif edir.
AGBank yeni xidmət təklif edir

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Azərbaycanın aparıcı banklarından biri AGBank müştərilərinə daha bir yeni xidmət təklif edir.

15 iyul tarixindən etibarən AGBank tərəfindən müştərilərə yeni Forex xidməti təklif olunur. Artıq bankın hər bir müştərisi hesab açaraq Forex bazarın iştirakçısı ola bilər.

Qeyd edək ki, Forex - valyutaların beynəlxalq alqı-satqı bazarıdır. Lakin bu bazarda ticarət alətləri sadəcə valyutalardan ibarət deyil. Günümüzdə Forex birjasında xidmət göstərən broker şirkətləri müştərilərinə neft, qızıl, gümüş və bir sıra digər sərmayə alətlərində də ticarət imkanı yaradırlar.

Məlumat üçün bildirək ki, "AGBank" ASC 1992-ci ildə təsis olunub. AGBank "Standard and Poor's Ratings" şirkətindən beynəlxalq reytinq almış Azərbaycanın ilk bankıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti