...

AİB-in Azərbaycan üzrə yeni strategiyasının hazırlanması təxirə salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2013 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir A.Axundov/

Asiya İnkişaf Bankının (AİB) Azərbaycan hökuməti ilə tərəfdaşlıq üzrə yeni strategiyasının hazırlanması gələn ilə təxirə salınıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Olli Noroyono mətbuat konfransında deyib.

Strategiyanın 2013-cü ildə qəbul ediləcəyi planlaşdırılırdı.

2014-2018-cü illəri əhatə edəcək strategiyanın hazırlanması məqsədilə gələn həftə Bakıya bankın missiyası gələcək. İki həftə davam edəcək səfərdə bankın nümayəndələri ölkə hökumətində görüşlər keçirəcəklər.

Noroyono bildirib: "Ümid edirik ki, səfərin nəticələri üzrə strategiyanın təfərrüatları hazırlanacaq və gələn ilin əvvəlindən sənədin rəsmi müzakirəsinə başlaya bilərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti