Azərbaycan, Bakı, 25 iyul /Trend/
"Qarant Sığorta" ASC-yə sığorta fəaliyyətinə müddətsiz lisenziya verilib.
Trend Dövlət Sığorta Nəzarəti Xidmətinə istinadən məlumat verir ki, sığorta qanunvericiliyinin tələblərinə uyğun olaraq, "Qarant Sığorta" Açıq Səhmdar Cəmiyyətinə əvvəllər verilmiş lisenziyasının müddətinin başa çatması ilə əlaqədar olaraq, 23 iyul 2013-cü il tarixdə Azərbaycan Maliyyə Nazirliyi tərəfindən sığorta fəaliyyətinə müddətsiz lisenziya verilib.