...

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Sentyabr 2013 16:49 (UTC +04:00)
Azərbaycanda avqust ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,8 faiz, o cümlədən diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 2,3 faiz bahalaşıb.
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Azərbaycanda avqust ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,8 faiz, o cümlədən diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 2,3 faiz bahalaşıb, birillik bitkilərin istehsalçı qiymətləri 0,7 faiz, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 0,4 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,8 faiz, qarğıdalının 0,2 faiz, arpranın 2,5 faiz, xiyarın 2,3 faiz, quru otun istehsalçı qiymətləri 5,6 faiz bahalaşıb, pomidorun istehsalçı qiymətləri 0,6 faiz, badımcanın 6,8 faiz, yaşıl lobyanın 6,6 faiz, kələmin 0,5 faiz, göyərtilərin 0,2 faiz, baş soğanın 1,0 faiz, qarpız və yemişin istehsalçı qiymətləri isə 22,6 faiz ucuzlaşıb.

Çoxillik bitkilərdən limonun istehsalçı qiymətləri 0,9 faiz, çiyələyin istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb, armudun istehsalçı qiymətləri 0,1 faiz, şaftalının 2,2 faiz, alçanın 0,1 faiz, qoz və fındığın istehsalçı qiymətləri isə müvafiq olaraq 0,3 faiz və 4,8 faiz ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından mal ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,7 faiz, südün 0,6 faiz, diri qoyun və keçilərin 0,5 faiz, diri ev quşlarının 2,1 faiz, yumurtanın istehsalçı qiymətləri isə 34,4 faiz bahalaşıb. Bu bahalaşma ilə yanaşı, ay ərzində inəyin istehsalçı qiymətləri 0,3 faiz, camışın 0,6 faiz, quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri isə 1,5 faiz ucuzlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti