...

"Unibank" neftçilər üçün kredit kampaniyasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Sentyabr 2013 19:19 (UTC +04:00)
Bankdan Trend-ə verilən məlumata görə, bu gündən etibarən bankdan kredit götürən hər bir neft işçisi üçün kreditlər 3% endirimlə veriləcək, üstəlik, bu aksiyadan bəhrələnən hər kəsə bir sıra üstünlüklər verən, minimal kredit limiti 300 AZN olan MC Gold kartı hədiyyə olunacaq.
"Unibank" neftçilər üçün kredit kampaniyasına başlayıb

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

"Unibank" peşə bayramı münasibətilə neftçilər üçün güzəştli kredit kampaniyasına başlayıb.

Bankdan Trend-ə verilən məlumata görə, bu gündən etibarən bankdan kredit götürən hər bir neft işçisi üçün kreditlər 3% endirimlə veriləcək, üstəlik, bu aksiyadan bəhrələnən hər kəsə bir sıra üstünlüklər verən, minimal kredit limiti 300 AZN olan MC Gold kartı hədiyyə olunacaq.

Beynəlxalq kart olan MC Gold kartından dünyanın bir çox ölkələrində istifadə etmək mümkündür. Neft sahəsində çalışanlar maksimum 7500 AZN-dək krediti 48 ay müddətinədək götürə bilərlər. Kampaniya sentyabrın 30-dək davam edəcək.

Qeyd edək ki, "Unibank" nağd kredit götürən hər bir müştərisi üçün maksimal yaş həddi 70-dir. "Unibank"dan kredit götürənlərin aylıq gəlirlərinin məbləğinə və əmək stajlarına heç bir tələb qoyulmur.

Müştərilərinə bütün həftəni xidmət etmək üçün "Unibank"ın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallalar nahar fasiləsiz işləyir.

Qeyd edək ki, "Unibank"da kredit ödənişləri çox asan olub. İndi bütün "Unibank" müştəriləri kreditləri poçt şöbələrindən, MilliÖn ödəniş terminallarinda, hesab.az saytında, "Unibank"ın cash-in öəniş terminallarında və unibank.az saytında vaxt itirmədən, növbəsiz və rahat ödəyə bilər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti