...

İsmət Abasov: 2013-cü ildə Azərbaycanda kənd təsərrüfatı 7 faizədək artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2013 12:41 (UTC +04:00)
2013-cü ilin yekunlarına görə, ümumi kənd təsərrüfatı məhsullarının artımının təxminən 6-7 faiz olacağı gözlənilir.
İsmət Abasov: 2013-cü ildə Azərbaycanda kənd təsərrüfatı 7 faizədək artacaq

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir E.Əliyev/

2013-cü ilin yekunlarına görə, ümumi kənd təsərrüfatı məhsullarının artımının təxminən 6-7 faiz olacağı gözlənilir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi kənd təsərrüfatı naziri İsmət Abasovun "Respublika" qəzetində dərc olunmuş son 10 il ərzində ölkənin aqrar sektorununun inkişaf dinamikasına həsr olunan məqaləsində bildirilir.

Məqalədəki məlumatlara görə, 2013-cü ilin birinci yarısında Azərbaycanda kənd təsərrüfatı sahəsində 2,123 milyard manat, bitkiçilik sahəsində 0,91 milyard manat, heyvandarlıq sahəsi üzrə isə 1,215 milyard manat həcmində məhsul istehsal edilib.

Məqalədə bildirilir: "2013-cü ildə məhsul təminatı məqsədilə 1,033 milyon hektar sahədə payızlıq və yazlıq dənli paxlalı bitkilər (qarğıdalı istisna edilməklə) yetişdirilib ki, onunda 67 faizini (və ya 690,819 min hektar) buğda təşkil edir.

Nazir öz məqaləsində qeyd edib ki, yığılan məhsulun həcmi ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 4,3 faiz çoxdur: "2,72 milyon ton həcmində dənli və dənli-paxlalı (qarğıdalı istisna edilməklə) məhsul yığılıb ki, onun da 1,88 milyon tonunu buğda təşkil edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti