...

"Expressbank" kreditlərin onlayn ödənişini təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2013 10:00 (UTC +04:00)
Dinamik inkişafda olan "Expressbank" müştərilərinə yeni xidmət növünü təqdim edir.
"Expressbank" kreditlərin onlayn ödənişini təqdim edir

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Dinamik inkişafda olan "Expressbank" müştərilərinə yeni xidmət növünü təqdim edir.

Bu, kredit borclarının rahat və operativ ödənişini təmin edən onlayn kredit ödənişi xidmətidir. Xidmətdən dünyanın istənilən nöqtəsindən, sizə ən uyğun zamanda bankın korporativ saytı - http://www.expressbank.az/ vasitəsilə istifadə etmək olar. Layihə iki yerli prosessinq mərkəzi olan "MilliKart" və "AzeriCard"la birgə hazırlanıb.

Xidmətdən istifadə etmək üçün bank sistemində olan ID kod və şəxsiyyət vəsiqəsinin PIN kodunu bilmək kifayətdir. Bundan əlavə, müştəri bütün kredit borcları haqqında məlumat əldə edə və seçdiyi kredit borcu üzrə ödəniş apara bilər.

"Expressbank"ın bu və ya digər kampaniyaları barədə daha geniş və ətraflı məlumatla www.expressbank.az saytından və ya 132 Məlumat Mərkəzinə zəng etməklə tanış olmaq olar. Həmçinin, bankın "Facebook" (http://www.facebook.com/Expressbank) sosial şəbəkəsində olan rəsmi səhifəsinə üzv olmaqla daim bank yeniliklərindən xəbər tutmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti