Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İzzət/
Azərbaycanda bütün icra hakimiyyəti orqanlarının "Elektron hökumət" portalına qoşulması artıq təmin edilib. Trend xəbər verir ki, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Mərkəzi Seçki Komissiyasında (MSK) yaradılmış veb-kameralara texniki nəzarət mərkəzinə baxış zamanı bildirib.
Nazir qeyd edib ki, artıq Azərbaycanda bütün icra hakimiyyəti orqanları "Elektron hökumət" portalına qoşulub: "Mərkəzi icta hakimiyyəti orqanlarından sonra artıq bütün yerli icra hakimiyyəti orqanları da "Elektron hökumət" portalına qoşulublar. "Elektron hökumət" portalına qoşulma və bundan istifadə halları artmaqdadır. Bu ilin 8 ayı ərzində Azərbaycanda "Elektron hökumət" portalından 300 mindən çox elektron xidmət alınıb. Bunun təxmini alınma vaxtı 4-5 dəqiqə çəkib. Bu rəqəmlər tədricən artır".
Nazir, həmçinin bildirib ki, bu il elektron hökumət portalı vasitəsilə seçkiləri müşahidə sisteminə çıxış təmin olunacaq: "Bu il Mərkəzi Seçki Komissiyasının (MSK) "Elektron hökumət" portalında veb-kameralar vasitəsilə müşahidə sisteminə çıxışı təmin olunacaq. Prezident seçkilərindən sonra kimsə, nə vaxtsa seçki prosesi ilə maraqlansa, ona sistemə çıxış imkanları veriləcək."
Əli Abbasov: Azərbaycanda bütün icra hakimiyyəti orqanlarının "Elektron hökumət" portalına qoşulması təmin edilib
Azərbaycanda bütün icra hakimiyyəti orqanlarının "Elektron hökumət" portalına qoşulması artıq təmin edilib.
