Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir E.Əliyev/
Azərbaycan Maliyyə Nazirliyinin nümayəndə heyəti Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) Direktorlar Şurasının illik görüşündə iştirak etmək üçün Vaşinqtona yola düşüb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, maliyyə nazirinin birinci müavini İlqar Fətizadənin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 11-13-də ABŞ-da olacaq.
DB-də Azərbaycandan direktor iqtisadi inkişaf naziri Şahin Mustafayev, BVF-də isə maliyyə naziri Samir Şərifovdur.
Bu beynəlxalq təşkilatların Direktorlar Şurasının illik iclasının gündəliyinə qlobal iqtisadiyyat üçün cari təhlükələrə, dünya regionlarının iqtisadi inkişafının perspektivlərinə, həmçinin yoxsulluqla mübarizəyə və digər mövzulara aid məsələlər daxil edilib.