...

"Renault" təqdim edir: Bakıda diler mərkəzində "Qızıl payız" aksiyası

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2013 17:44 (UTC +04:00)
"Renault"un Azərbaycanda rəsmi distribüteri olan "Nurgün Motors" şirkəti "Renault" markalı avtomobil sahiblərini oktyabrın 31-dək davam edəcək "Qızıl payız" servis kampaniyasında iştirak etməyə dəvət edir.
"Renault" təqdim edir: Bakıda diler mərkəzində "Qızıl payız" aksiyası

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

"Renault"un Azərbaycanda rəsmi distribüteri olan "Nurgün Motors" şirkəti "Renault" markalı avtomobil sahiblərini oktyabrın 31-dək davam edəcək "Qızıl payız" servis kampaniyasında iştirak etməyə dəvət edir.

Şirkətdən bazar ertəsi Trend-ə verilən məlumata görə, kampaniya çərçivəsində "Renault" sahibləri avtomobillərinə göstərilən xidmət və ehtiyat hissələrinin alınmasına görə 20%-lik endirimdən yararlana biləcəklər. Analoji endirim şüşəsilənlərin dəyişdirilməsi və ya təmiri zamanı da tətbiq olunur.

Bundan başqa, servis mərkəzində istənilən xidməti sifariş etdikdə, müştərilər avtomobillərin hərəkətli hissələrinin pulsuz diaqnostika etdirə bilərlər.

"Renault" avtomobillərinin sahibləri endirimdən daha operativ yararlanmaq üçün servisə gəlməmişdən öncə qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat:

Ünvan: Bakı, Babək prospekti, 28D

Telefon: (+994 12) 447 27 21

E-mail: [email protected]

Web-site: http://www.renault.az/

http://www.facebook.com/renaultazerbaijan

Məqalədə:
Xəbər lenti

Xəbər lenti