...

AGBank Beynəlxalq Əmanətlər Günü ilə bağlı tədbirlərə qatılmışdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2013 14:00 (UTC +04:00)
AGBank Azərbaycanda keçirilən 31 oktyabr – Beynəlxalq Əmanətlər Günü münasibəti ilə keçirilən tədbirlərə qatılmışdır.
AGBank Beynəlxalq Əmanətlər Günü ilə bağlı tədbirlərə qatılmışdır

AGBank Azərbaycanda keçirilən 31 oktyabr - Beynəlxalq Əmanətlər Günü münasibəti ilə keçirilən tədbirlərə qatılmışdır.

Mərkəzi Bankın təşəbbüsü ilə Azərbaycan Banklar Assosiasiyası, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu və Əmanətlərin Sığortalanması Fondunun dəstəyi ilə keçirilən tədbirlər noyabr ayı ərzində davam edəcək. Tədbirlərdə Azərbaycanın 9 bankı iştirak edir.

Tədbirlər çərçivəsində AGBank ASC-nin nümayəndələri Bakı şəhərində orta məktəbləri ziyarət edəcək və şagirdlərə əmanətlər barədə ətraflı məlumat verəcəklər, Beynəlxalq Əmanət Gününü əks etdirən hədiyyələr təqdim edəcəklər.

Həmçinin AGBank ASC-nin baş ofisində şağırdlər üçün "Açıq qapı" tədbirləri keçiriləcəkdir və maarifləndirici materiallar paylanacaqdır.

Qeyd edək ki, Beynəlxalq Əmanət Günü ilk dəfə 1924-cü ilin oktyabrında İtaliyanın Milan şəhərində 29 ölkənin nümayəndələrinin Beynəlxalq Konqresində qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti