...

"Xalq Bank"ın kredit portfeli 1,2 milyard dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2013 18:13 (UTC +04:00)
"Xalq Bank" ASC-nin kredit portfeli cari ilin oktyabr ayının sonuna 1,011 milyard manata çatıb.
"Xalq Bank"ın kredit portfeli 1,2 milyard dolları ötüb

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

"Xalq Bank" ASC-nin kredit portfeli cari ilin oktyabr ayının sonuna 1,011 milyard manata çatıb.

Bankdan cümə axşamı Trend-ə verilən məlumata görə, kredit portfelində əsas pay sahibinin korporativ müştərilər və sahibkarların olmasına baxmayaraq, fərdi müştərilərin də sayı daim artır. Bu gün kredit portfelinin strukturunda fiziki şəxslərin payı 12% təşkil edir.

Bankın uğurlu fəaliyyətinin nəticəsi kimi digər maliyyə göstəricilərinin də dinamik inkişafını qeyd etmək olar. Bankın aktivləri 1,3 mlrd. manat, depozit portfelinin həcmi isə 875,0 mln. manat təşkil edib ki, bu məbləğin 736,0 mln. manatı əhalinin əmanətlərinin payına düşür.

Bu gün üçün bankın balans kapitalı 218,0 mln., nizamnamə kapitalı isə 183,0 mln. manatdan çoxdur. Cari ilin mənfəəti 11,1 mln. manat təşkil edir. "Xalq Bank" ASC əsas maliyyə göstəricilərinə görə Azərbaycan özəl bankları arasında birinci yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti