...

Sevinc Həsənova: Azərbaycan iqtisadiyyatı 2020-ci ilədək inkişaf konsepsiyasının tapşırıqlarını vaxtından əvvəl yerinə yetirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2013 14:14 (UTC +04:00)
Ortamüddətli perspektivdə Azərbaycanda qeyri-neft ÜDM-in orta illik artım sürəti proqnozlaşdırılan göstəriciləri ötəcək.
Sevinc Həsənova: Azərbaycan iqtisadiyyatı 2020-ci ilədək inkişaf konsepsiyasının tapşırıqlarını vaxtından əvvəl yerinə yetirəcək

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir E.Əliyev/

Ortamüddətli perspektivdə Azərbaycanda qeyri-neft ÜDM-in orta illik artım sürəti proqnozlaşdırılan göstəriciləri ötəcək. Trend-in məlumatına görə, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bazar ertəsi Milli Məclisin beş (İqtisadi, Sosial, Aqrar siyasət, Təhlükəsizlik məsələləri, Təbii ehtiyatlar, energetika və ekologiya komitələri) geniştərkibli iclasında 2014-cü il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

S.Həsənova bildirib ki, nazirlik tərəfindən sosial-iqtisadi inkişaf üzrə proqnozlar ortamüddətli perspektivdə ölkə iqtisadiyyatı qarşısında duran hədəf və vəzifələri əks etdirən "Azərbaycan-2020: Gələcəyə baxış" inkişaf konsepsiyası nəzərə alınmaqla hazırlanır. "Eyni zamanda, əgər konsepsiyada ortamüddətli perspektivdə qeyri-neft ÜDM-in yeddi faiz səviyyəsində qəbul edilən orta illik artım məqsədlərə çatmaq üçün kifayətdirsə, onda bizim proqnozlarımız göstərir ki, bu göstərici ildə orta hesabla səkkiz faizdən çox təşkil edir".

Onun sözlərinə görə, bu da deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı qarşısında duran vəzifələr yaxın illər ərzində vaxtından əvvəl yerinə yetiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti