...

Azərbaycanda "Renault"un yeni modelinin satışına start verilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2013 10:43 (UTC +04:00)
Yeni praktiki universalın satış qiyməti komplektasiyadan asılı olaraq 13 900 manat və 14 400 manat təşkil edir.
Azərbaycanda "Renault"un yeni modelinin satışına start verilib (FOTO)

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Azərbaycanda yeni "Renault Logan MCV" avtomobillərinin satışına start verilib. Yeni praktiki universalın satış qiyməti komplektasiyadan asılı olaraq 13 900 manat və 14 400 manat təşkil edir.

Trend-in məlumatına görə, yeni "Renault Logan MCV" bundan öncəki modelindən yaxşı cəhətlərini qoruyub saxlayaraq yeni cəhətlər də əldə edib. Model parlaq dizayn, zəngin təchizat, salon və yük yerinin genişliyi ilə seçilir. Avtomobil Azərbaycan yollarına tam uyğunlaşdırılıb və sükan arxasında təhlükəsizliyin bütün tələblərinə cavab verir.

Azərbaycan bazarında yeni universal "Base" və "Expression" komplektasiyalarında, həcmi 1,6 litr təşkil edən (80 at gücü) iki növ benzin mühərriki ilə təklif olunur.

MÜASİR DİZAYN VƏ GENİŞLƏNDİRİLMİŞ SALON

Yeni "Logan MCV" arxa şüşənin bir qədər əyilməsi sayəsində daha dinamik görsənir, leyerlər sayəsində isə avtomobil idmansayağı görünür. Arxa fənərlərin üzərində yer alan qara rəngli haşiyə universalın ölçüsünü bir daha vurğulayır.

Tutumlu və müasir texnologiyalarla təchiz olunmuş salona malik yeni "Logan MCV" çoxfunksional universala ehtiyacı olanlar üçün ideal seçimdir. Avtomobilin geniş salonu 5 nəfərinrahat yerləşməsinə imkan yaradır.Eyni zamanda "Renault Logan MCV" geniş yük yerinə və həcmi 16 litr təşkil edən müxtəlif əşyalar üçün nəzərdə tutulmuş bölmələrə malikdir.

Yük bölməsi çıxarılıb taxılan yuxarı pərdə ilə təchiz olunub ki, pərdə yük bölməsində yerləşdirilən əşyaları təsbit edir.

Avtomobilin arxa oturacaqları 1/3 və 2/3 nisbətində yığılır və nəticədə yük bölməsinin həcmi 573 litrdən 1 518 litrədək modulyasiya olunur.

"Logan MCV"-nin istehsalı zamanı, avtomobilin salonuna xüsusi diqqət yetirilib. Salondakı cihaz paneli yeni və daha funksional müasir dizayn ilə seçilir. Sürücünün müxtəlif növ tənzimləməyə malik erqonomik oturacağı və yolun əla görünüş sahəsi yol boyu rahatlığı təmin edir.

ZƏNGİN TƏCHİZAT

Yeni "Renault Logan MCV" bir sıra müasir avadanlıqla təchiz olunub ki, seqmentində unikal təklif hesab olunur.

İqlim-kontrol avtomobil salonunda əlverişli temperatur rejimini təmin edir. Sürətməhdudlaşdırıcı kruiz-kontrol sistemi isə sürət rejiminə riayət olunmasında və şəhərdaxili və şəhərətraflı yollarda idarəetmə zamanı olduqca vacibdir.

Universalın əsas opsiyalarından biri də arxa parktronikdir. Sözügedən qurğu avtomobilin arxa bamperində yerləşdirilib və avtomobil arxaya gedərkən, qurğu xüsusi siqnal vasitəsilə sürücüyə arxada olan maneə ilə avtomobil arasında olan məsafə barədə xəbər verir.

TƏHLÜKƏSİZLİK

Yeni "Logan MCV" sürücü və sərnişinlərin təhlükəsizliyini tam təmin edir. Komplektasiyadan asılı olaraq "Logan MCV" ABS əyləc sistemi, 4 təhlükəsizlik yastığı (ikisi öndə, ikisi ön yan tərəflərdə), arxa oturacaqlarda "ISOFIX" sistemi və arxa parktronik sistemi ilə təchiz olunub.

Azərbaycan bazarında yeni "Renault Logan MCV" 3 il və ya 100 000 km-lik zəmanətlə təklif olunur.

Azərbaycanda "Renault Logan MCV" avtomobillərini qiyməti və komplektasiyası

Versiya "Base" "Expression"
AUT 16K 4C EXP 16K 4C
Mühərrik (litr), sürətötürmə qutusu 1,6 MSQ5 1,6 MSQ5
Mühərrikin gücü (at gücü) 80 80
Tövsiyə olunmuş pərakəndə qiyməti (AZN), ƏDV daxil 13 900 14 400

Yeni avtomobilləri Bakı şəhəri, Babək pr, 28D ünvanında yerləşən "Renault Azerbaijan" satış mərkəzində əldə etmək olar. Telefon: (+994 12) 447-27-21. Ətraflı məlumatla www.renault.az saytında tanış olmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti