...

“Bank of Baku” əlavə xərcsiz və kreditlə mobil telefonlar təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2013 11:57 (UTC +04:00)
Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün İntegral şirkətinin *9494, "Bank of Baku"-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.
“Bank of Baku” əlavə xərcsiz və kreditlə mobil telefonlar təqdim edir

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

İntegralPlus mağazalar şəbəkəsi və "Bank of Baku" Bolkart sahibləri üçün HTC, Nokia və LG mobil telefonlarının sərfəli satış kampaniyasını elan edirlər.

Trend-ə daxil olan məlumata görə, Bolkart istifadəçiləri İntegral Plus mağazalar şəbəkəsindən bütün HTC, Nokia və LG telefon modellərini əlavə xərcsiz və nağd qiymətinə alıb, 12 aya rahat ödəniş edə bilərlər.

Belə ki, 428 manatlıq HTC telefonunun One Mini modelini ayda cəmi 35 manat 66 qəpik, 189 manatlıq Nokia telefonunun 515.2 modelini isə ayda cəmi 15 manat 75 qəpik ödəməklə əldə etmək olar.

Kampaniya noyabr ayının sonuna kimi qüvvədədir.

Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün İntegral şirkətinin *9494, "Bank of Baku"-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.

Bu gün 160.000-dən çox Azərbaycan vətəndaşı Bolkart ilə alış-veriş edir, kartdan nağd pul çıxarır və Bolkart-ın digər imtiyazlarından faydalanır. Bütün Bolkart sahiblərini kartın MasterCard loqolu növü ilə təmin etmək məqsədi ilə "Bank of Baku" müştərilərin cari kart borcunu saxlamaqla əvəzlənməsi prosesini davam etdirir. Bolkart MasterCard sahibinə Azərbaycanda, xaricdə və internetdə alış-veriş imkanı verir.

Bolkartın onlayn sifarişi: http://bolkart.az/#openorder

Ətraflı məlumat: www.facebook.com/Bolkart

Məqalədə:
Xəbər lenti

Xəbər lenti