...

"AGBank" Beynəlxalq Əmanətlər Günü münasibətilə keçirilən tədbirlərə qatılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2013 16:47 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) təşəbbüsü ilə Azərbaycan Banklar Assosiasiyası, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu və Əmanətlərin Sığortalanması Fondunun dəstəyi ilə keçirilən tədbirlər noyabr ayı ərzində davam edir.
"AGBank" Beynəlxalq Əmanətlər Günü münasibətilə keçirilən tədbirlərə qatılıb

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

"AGBank" Azərbaycanda 31 oktyabr - Beynəlxalq Əmanətlər Günü münasibətilə keçirilən tədbirlərə qatılıb.

Azərbaycan Mərkəzi Bankının təşəbbüsü ilə Azərbaycan Banklar Assosiasiyası, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu və Əmanətlərin Sığortalanması Fondunun dəstəyi ilə keçirilən tədbirlər noyabr ayı ərzində davam edir.

Noyabrın 20-də "AGBank" ASC-nin nümayəndələri Bakı şəhərində 20 saylı məktəbi ziyarət edib, şagirdlərə əmanətlər barədə ətraflı məlumat verib və Beynəlxalq Əmanət Gününü əks etdirən hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, Beynəlxalq Əmanət Günü ilk dəfə 1924-cü ilin oktyabr ayında İtaliyanın Milan şəhərində 29 ölkənin nümayəndələrinin Beynəlxalq konqresində qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti