...

AİB 3 il ərzində Azərbaycanda dövlət layihələrinə 500 milyon dollaradək vəsait ayıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2013 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir A.Axundov/

Asiya İnkişaf Bankı (AİB) yaxın 3 il ərzində Azərbaycanda dövlət layihələrinə təqribən 500 milyon dollaradək vəsait ayırmağı planlaşdırır. Bu, 2014-2016-cı illərdə Azərbaycanda bankın əməliyyatları üzrə biznes-plan layihəsində nəzərdə tutulur. Layihə artıq hökumətlə razılaşdırılıb və baxılması üçün 2014-cü ilin yanvarında bankın Direktorlar Şurasına təqdim ediləcək.

Trend-in məlumatına görə, bankın Bakı nümayəndəliyinin rəhbəri Olli Noroyoni bazar ertəsi mətbuat konfransında deyib ki, AİB qüvvədə olan biznes-planda olduğu kimi, Azərbaycanda dövlət layihələrinin illik maliyyələşdirilməsini 155 milyon dollar səviyyəsində saxlayacaq.

Onun sözlərinə görə, bu, təsbit edilməmiş rəqəmdir: "Biz çox və ya az vəsait ayıra bilərik. Məsələn, bu il Direktolar Şurası 150 milyon dolların, ötən il isə 250 milyon dolların ayrılmasını təsdiq edib".

O.Noroyono qeyd edib ki, bank 3 il ərzində 5 milyon dollar dəyərində texniki yardım təqdim edəcək: "AİB-in hazırda Azərbaycanda aktiv portfeli təqribən 1,2 milyard dollar təşkil edir, halbuki 2010-cu ildə bu rəqəm 500 milyon dollara bərabər olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti