...

DəmirBank-da əhalinin əmanətlərinin həcmi 21 faizə yaxın artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2013 16:39 (UTC +04:00)
DəmirBank-ın aktivləri 1 dekabr 2013-cü il tarixinə 391 mln. manat təşkil edib.
DəmirBank-da əhalinin əmanətlərinin həcmi 21 faizə yaxın artıb

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

DəmirBank-ın aktivləri 1 dekabr 2013-cü il tarixinə 391 mln. manat təşkil edib.

Bankdan Trend-ə verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi bu dövr ərzində 24,2 mln. manat və ya 8,5% artaraq 310 mln. manatı keçib.

Bankda müştəri depozitlərinin həcmi 1 dekabr 2013-cü il tarixinə 179,3 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 dekabr 2013-cü il tarixinə 154,3 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 20,7% və ya 26,5 mln. manat çoxdur.

Bankın 1 dekabr 2013-cü il tarixinə məcmu kapitalı isə 57,4 mln. manat olub, bu isə Azərbaycan Respublikası Mərkəzi Bankının 1 yanvar 2015-ci il tarixinə bankların məcmu kapitalının 50 mln. manat olması tələbini üstələyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti