...

"Xalq Bank"ın kartları ilə "Qatar Airways"də 10 faiz endirim

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2013 10:00 (UTC +04:00)
"Xalq Bank"ın plastik kartlarının sahibləri 2012-ci ildə dünyanın ən yaxşı aviaşirkəti seçilən "Qatar Airways" ilə dünyanın 100-dən artıq şəhərinə 10% endirimlə səyahət edə bilərlər.
"Xalq Bank"ın kartları ilə "Qatar Airways"də 10 faiz endirim

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

"Xalq Bank"ın plastik kartlarının sahibləri 2012-ci ildə dünyanın ən yaxşı aviaşirkəti seçilən "Qatar Airways" ilə dünyanın 100-dən artıq şəhərinə 10% endirimlə səyahət edə bilərlər.

31.01.2014-cü il tarixinədək davam edən kampaniyanın şərtlərinə görə, "Xalq Bank"ın Visa Platinum, Visa/MC Gold, Visa Classic/MC Standard, Visa Electron, Dizayn Kart və ya İnternet kartlarının istifadəçiləri aviabileti www.qatarairways.com/xalqbank internet səhifəsində aldıqda 10% endirim əldə edirlər.

Qeyd edək ki, endirimlər Vyana, Brüssel, Sofiya, Ştutqart, Afina, Budapeşt, Milan, Buxarest, Madrid, London, Mançester, Tokyo, Osaka, Seul, Bəhreyn, Küveyt, Mədinə, Hyuston, Monreal, Nyu-York, Vaşinqton, Buenos-Ayres, Şanxay, Melburn, Sinqapur və digər istiqamətlərə nəzərdə tutulur.

Plastik kartlar bankın istənilən filialında pulsuz təqdim edilir.

Məlumat Mərkəzi: 138

Məqalədə:
Xəbər lenti

Xəbər lenti