...

Azərbaycanın qeyri-neft sektoru 2013-cü ildə vergi yığımlarının təqribən 55 faizini təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2013 14:16 (UTC +04:00)
2013-cü ilin yanvar-noyabr aylarında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 6 245,44 milyon manat vəsait daxil olub. Bu barədə Trend nazirliyin "Vergilər" qəzetində dərc edilən məlumatına istinadən xəbər verir.
Azərbaycanın qeyri-neft sektoru 2013-cü ildə vergi yığımlarının təqribən 55 faizini təmin edib

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir E.Əliyev/

2013-cü ilin yanvar-noyabr aylarında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 6 245,44 milyon manat vəsait daxil olub. Bu barədə Trend nazirliyin "Vergilər" qəzetində dərc edilən məlumatına istinadən xəbər verir.

Məlumatda deyilir ki, bu məbləğin 37,9 faizi mənfəət vergisinin, 24,7 faizi əlavə dəyər vergisinin, 12 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,5 faizi aksizlərin, 17,9 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3 409,29 milyon manat (və ya ümumi daxilolmaların həcminin 54,59 faizi) daxil olub.

Nazirlik üçün 2013-cü ildə vergi ödənişləri üzrə proqnoz 6,4 milyard manat həcmində müəyyənləşdirilib.

Yanvar-noyabr aylarında respublika üzrə 66,162 min vergi ödəyicisi, o cümlədən elektron qaydada 30,221 min vergi ödəyicisi (45,7 faiz) qeydiyyata alınıb.

1 dekabr 2013-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 533 093 nəfər təşkil edir edir ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 11,8 faiz çoxdur.

Bu ilin yanvar-noyabr ayları ərzindı respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,4 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti