...

Azərbaycanda əlillik statusunun müəyyən edilməsi meyarları dəyişdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2013 13:46 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dekabrda ilkin əlillik müayinələri ilə bağlı aparılmış araşdırmaların nəticələri üzrə 13 606 nəfərə ilkin əlillik verib.
Azərbaycanda əlillik statusunun müəyyən edilməsi meyarları dəyişdiriləcək

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir A.Axundov/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dekabrda ilkin əlillik müayinələri ilə bağlı aparılmış araşdırmaların nəticələri üzrə 13 606 nəfərə ilkin əlillik verib. Trend-in məlumatına görə, bu barədə bazar günü jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib.

Onun sözlərinə görə, növbəti mərhələ kimi, ölkə üzrə ümumilikdə 17 min nəfərdən artıq vətəndaşın II və III qrup əlillik üzrə ilkin əlillik müayinələri ilə bağlı aparılmış işlərin yerindəcə araşdırılması, əyani müayinəsi tələb olunan şəxslərin müayinədən keçirilməsi məqsədilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmrinə əsasən 8 işçi qrupu yaradılıb.

İşçi qrupları tərəfindən 15 gün ərzində aparılan araşdırmalar 25 dekabr 2013-cü il tarixdə başa çatdırılıb. Araşdırmalar zamanı respublika üzrə 16850 nəfərin ilkin əlillik sənədlərindən 3653 nəfərinin sənədləri qiyabi şəkildə yoxlanılaraq təsdiq edilib, 11729 nəfərin ilkin əlillik sənədləri isə həmin şəxslərin əyani müayinəsi aparılmaqla yoxlanılıb.

N.Məmmədov əlilliyin təyin edilməsi proseduruna toxunaraq bildirib ki, Azərbaycanda Qarabağ müharibəsi veteranlarının əlillik statusunun müəyyən edilməsi meyarlarına dəyişiklik ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti