...

Azərbaycanda Avro-3 standartlarına cavab verən avtomobillərin siyahısı açıqlanıb (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2014 18:00 (UTC +04:00)
Azərbaycanda Avro-3 ekoloji standartlarının tətbiqi həm idxal olunan, həm də ölkədə istehsal olunan avtomobillərə şamil ediləcək. Bu barədə Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyev bildirib.
Azərbaycanda Avro-3 standartlarına cavab verən avtomobillərin siyahısı açıqlanıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:55-də yayılıb)

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda Avro-3 ekoloji standartlarının tətbiqi həm idxal olunan, həm də ölkədə istehsal olunan avtomobillərə şamil ediləcək. Bu barədə Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyev bildirib.

Onun sözlərinə görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Dövlət Gömrük Komitəsi ilə birlikdə Azərbaycan hökuməti təsdiq etdikdən sonra qüvvəyə minəcək Avro-3 standartlarına cavab verən avtomobillərin siyahısını hazırlayıb.

N.Tağıyev qeyd edib ki, Azərbaycan hökuməti Avro-3 ekoloji standartlarını yaxın günlərdə təsdiqləyəcək.

O bildirib ki, ölkədə Avro-3 standartlarının tətbiqi prosesi iki əsas mərhələni müəyyənləşdirir: "Birincisi, müvafiq dövlət standartlarının təsdiqini nəzərdə tutur. Burada Avro-3, Avro-4, Avro-5 və Avro-6 standartlarının göstəriciləri öz əksini tapıb. Yeni standartlara keçidin ikinci mərhələsi Nazirlər Kabinetinin bu standartları təsdiq etməsidir".

N.Tağıyev əlavə edib ki, müvafiq olaraq normativ texniki baza artıq hazırlanıb: "Bu sistemə keçmək üçün hökumətin qərarı lazımdır, bundan sonra isə yeni standartın tətbiqinə başlanılır".

Perspektivdə Avro-4 və Avro-5 ekoloji standartlarının tətbiqi müddəti və mexanizmi də ölkə hökuməti tərəfindən müəyyən ediləcək.

Qeyd edilən ekoloji standartlar bir-birindən 4 əsas göstərici (tərkib) üzrə fəqrlənir: karbon oksid tərkibi, karbohidrogen tərkibi, azot oksid tərkibi və bərk hissəciklər tərkibi. Avro-2 və Avro-3 standartları arasında bu və ya digər göstəricilər üzrə fərq 20-30 faiz, Avro-3 və Avro-4 arasında 20-60 faiz, Avro-5 və Avro-4 arasında isə 20-40 faiz arasında fəyişir.

Ölkədə ekoloji standartlar tətbiq edildikdən sonra avtomobillərə qarşı tələblər respublikada idxal və istehsal edilən avtomobillərə şamil olunacaq. Bundan başqa, yeni standartlar minik və yük avtomobillərinə, o cümlədən kənd təsərrüfatında istifadə edilən avtomobillərə tətbiq ediləcək. Məhdudiyyət yalnız əntiq avtomobillərə şamil olunmayacaq.

Azərbaycanda istehsal edilən avtomobillərə qarşı yeni standartların tətbiqi məsələsinə toxunan N.Tağıyev nümunə qismində "Lifan" markalı maşınların yığılması ilə məşğul olan Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsal etdiyi avtomobilləri göstərib. O, qeyd edib ki, NAZ istehsalı olan avtomobillər Avro-4 standartına cavab verir, test protokolları da bunu təsdiq edir.

Şöbə müdiri vurğulayıb ki, respublikada yeni standartların tətbiqi vətəndaşların sağlamlığına və ölkədə ekoloji vəziyyətə müsbət təsir edəcək: "Avro-3 standartına cavab verməyən avtomobillərin idxalı ilə bağlı məhdudiyyət Azərbaycana daha yeni və müasir avtomobillərin idxal edilməsinə gətirib çıxaracaq ki, bu da ölkədə ekologiyanın mühafizəsi işinə öz müsbət töhfəsini verəcək.

Siyahıya aşağıdakı avtomobillər daxildir:

Nəqliyyat vasitəsinin mənşə ölkəsi

Nəqliyyat vasitələrinin buraxılış ili

Ekoloji siniflərə görə texniki reqlamentin tələblərinə uyğun gələnlər

2

3

Avropa İttifaqına daxil olan ölkələr, benzin

1997-2000

2001-2004

Aİ-yə daxil olan ölkələr, dizel

1997-2001

2002-2004

ABŞ

1996-2000

2001-2003

Yaponiya

1998-2004

2005-2010

Kanada

2001-2003

2004-dən

Hindistan

2005-2009

2010-dan

Çin

2004-2007

2008-dən

Koreya

2001-2002

2003-2005

Ukrayna, M kateqoriyalı

2006-dan

2010-dan

Ukrayna, N kateqoriyalı

2007-dən

2010-dan

Belarus

2006-2007

2008-dən

Özbəkistan

2007-2009

2010-dan

Qazaxıstan

2006-2011

2012-dən

Rusiya

2006-2007

2008-dən

Avropa İttifaqına daxildir: Avstriya, Belçika, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Çexiya, Bolqarıstan, Rumıniya, İsveç, Estoniya.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti