...

Azərbaycanda iri avtomobil magistralının yenidən qurulması 2016-cı ilədək başa çatacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2014 06:30 (UTC +04:00)
"Azəryolservis" ASC Bakı-Quba-Rusiya sərhədi avtomobil magistralının yenidən qurulmasını 2014-2015-ci illərdə tam başa çatdıracaq.
Azərbaycanda iri avtomobil magistralının yenidən qurulması 2016-cı ilədək başa çatacaq

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir E.İsmayılov/

"Azəryolservis" ASC Bakı-Quba-Rusiya sərhədi avtomobil magistralının yenidən qurulmasını 2014-2015-ci illərdə tam başa çatdıracaq. Bunu Trend-ə ASC-dəki mənbə deyib.

Onun sözlərinə görə, hazırda Gəndobdan Rusiya sərhədinədək yolun qalan sahəsində tikinti işləri davam edir: "İşləri 2014-cü ildə tamamlamaq planlaşdırılır, lakin hər şey maliyyələşdirmə prosesindən asılıdır. Maliyyələşdirmədə cüzi yubanma olarsa, işlərin yekunlaşması 2015-ci ilə qala bilər".

Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun ümumi uzunluğu 208 kilometrdir, lakin yenidənqurmadan sonra bir az qısaldılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti